Ermənistanda çoxdan gözlənilən parlament seçkilərinin nəticələri məlum olub. Əslində qeyri-adi heç nə baş vermədi. Bir çox ekspertlərin və xüsusən də "Gallup"un keçirdiyi sorğuların nəticəsinə əsasən öncədən də məlum idi ki, mübarizə Nikol Paşinyan və Robert Köçəryan arasında olacaq. Ermənistan Mərkəzi Seçki Kommisiyasının verdiyi məlumata əsasən səslərin artıq 100%-i sayılıb və ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 53,92 faiz səs toplayıb. Bu isə o deməkdir ki, Köçəryanın səsləri pul ilə almaq cəhdi də nəticə vermədi.
10 noyabr bəyanatından sonra Ermənistanda daşlar oynamağa başladı. Bir çox revanşist qüvvələr, keçmiş Qarabağ klnanının üzvləri 44 günlük II Qarabağ müharibəsindəki ağır məğlubiyyətə görə son 6-7 ay ərzində hazırkı baş nazir Nikol Paşinyanı hədəf seçərək bütün məsuliyyəti onun üzərinə yıxmaqla yenidən hakimiyyətə gəlmək məqsədi ilə divident qazanmağa çalışdılar. Lakin seçkinin nəticələri göstərdi ki, Ermənistan əhalisi artıq "timsahın göz yaşlarına" inanmır. Nəticələr deməyə əsas verir ki, erməni xalqı regionda yeni geosiyasi reallığın dəyişdiyini qəbul etməyə başlayıb. Xüsusən də nəzərə alsaq ki, Ermənistanda seçki "müharibəsi"nin əsas döyüşü Zəngəzurda gözlənilirdi, ötəngünkü seçkilərin nəticələri də göstərdi ki, Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" partiyası daha çox məhz bu ərazidəki respondentlərin səsini qazanıb. Bu amil 10 noyabr bəyanatının əsas bəndi kimi qeyd edilən Zəngəzur dəhlizinin açılması məsələsinin tarixi Qərbi Azərbaycan torpaqlarında yaşayan erməni əhalinin də yeni geosiyasi reallığı qəbul etdiklərini, revanşist ideyaların təbliğindən təngə gəldiklərini, müharibə istəmədiklərini təsdiq etdi. Laçın-Gorus sərhədində baş verən son gərginliklər, sərhədlərin demarkasiyası ilə bağlı yeni sənədin imzalanacağı xəbərindən sonra hakimiyyətin "yeni xəyanətə" hazırlaşdığı üzərində güclənən ictimai rəy sən demə Qarabağ klanının oyun planından başqa bir şey deyilmiş.
Müharibədəki məğlubiyyətdən və sərhəd hadisələrindən sonra erməni cəmiyyətində millətçi qanadın "xilas yolu" olması rəyinin güclənməsi, Köçəryanın müharibədən sonra "Vətənin xilası" hərəkatında təmsil olunan daşnakları və sərhəd böhranının yarandığı Sünik (Zəngəzur) vilayətinin keçmiş qubernatoru Vahe Hakobyanın yaratdığı "Dirçələn Ermənistan" partiyasını yanına almaqla mübarizəni qismən xeyirinə həll etdiyini düşünsə də, bu gedişat da "Hayastan"ı xilas edə bilmədi.
Səsvermənin nəticələrindən bir daha belə məlum oldu ki, Ermənistan klanının nümayəndəsi Nikol Paşinyan Qarabağ klanının hər iki nümayəndəsi, yəni Robert Köçəryan və Serj Sarkisyandan daha çox nüfuza malikdir və seçicilər Nikol Paşinyana daha çox güvənirlər. O, 53,9% liderdir. Bu isə, Paşinyanın parlamentdə təkbaşına ağalıq edəcəyi anlamına gələ bilər. 54% səs təkpartiyalı hökumət deməkdir. Digər mövqelərdə Köçəryanın bloku - 20,8% və Sarkisyanın bloku - 5,2% qərarlaşdılar. Başqa partiyalar parlamentdən kənarda qaldılar. Görünən odur kı, parlamentdə Paşinyana rəqib keçmiş hakimiyyət rəhbərləri - Qarabağ klanı olacaq. Amma bu seçkilərlə erməni xalqı Köçəryana rədd ol dedi. Hətta ona gəlini Siranuş Köçəryanı səhnəyə çıxardıb mahnı oxutması da kömək etmədi. Əslində bu biabırçı məğlubiyyətdən sonra Robertin müxalifət lideri kimi Nikolun Baş nazir kimi daxil olacağı Parlamentin iclaslarında oturması birinci üçün rəzil bir durum sayıla bilər. Biz də, 44 günlük müharibədə olduğu kimi bundan sonra da, Köçəryanın mənəvi ölümünü seyr edəcəyik. O, əslində özü öz cəzasını Paşinyanın iyunun 18-də debat çağırışından imtina etməklə kəsdi. Paşinyanın keçmiş prezidenti iyunun 18-də birbaşa efirdə baş tuttacaq debata çağıraraq bütün suallara cavab vermələrini təklif etməsindən imtina edən Robert, bu qərarı ilə vaxtilə zülm, zillət içində yaşatdığı xalqı yuxudan oyatdı. Ermənilər iki seçkini saxtalaşdıraraq və qanunsuz seçki hesabına prezident seçilən Köçəryana şans tanımadılar. İnsanlar eyni zamanda anlamağa başlayıb ki, hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisəni Ermənistanın Rusiyaya olan borcunu ödəmək məqsədilə Rusiyaya verən Robert Köçəryan yenidən seçilərsə ölkənin Rusiyadan asıllığını daha da gücləndirə bilər. Bu da seçkidə insanların mövqelərinə təsir edən digər məqam kimi yadda qala bilər.
Hakimiyyəti dövründə Ermənistan parlamentində baş nazir Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçiyan, bir sıra deputatlar və eləcə də hökümət üzvlərinin qətlə yetirilməsi ilə nəticələnən terror aktlarının baş verməsi (27 oktyabr 1999), ölkənin ən ağır iqtisadi tənəzzül dövrünün məhz Köçəryanın adı ilə bağlı olması, zülmündən güclə xilas olan bir xalqın onu yenidən hakimiyyətə gətirməsi özünə qəsddən başqa bir şey olmazdı.
Əli günahsız, dinc azərbaycanlı körpələrin, yaşlıların qanına batan Robert Köçəryanın istər hakimiyyəti dövründə, istərsə də 44 günlük müharibədən sonra Azərbaycana qarşı revanşist mövqeyindən, yeni torpaq iddialarından əl çəkməməsi, "Ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu barədə" irqçi fikirlər səsləndirməsi yeni geosiyasi vəziyyətin tələblərinə cavab vermədiyindən, belə bir şəxsin Ermənistanı idarə etmək üçün seçilməsi belə bir dövlətin gələcəyi ilə bağlı ümidlərinin də üstündən xətt çəkə bilərdi. Son proseslər bir daha təsdiq etdi ki, erməni xalqı artıq 44 günlük müharibədəki ağır məğlubiyyətli unutmaqla yanaşı, daha müharibə istəmir və Paşinyanın 10 noyabr bəyanatındakı müddəaları yerinə yetirməsindən narahat deyillər. Paşinyanın bu qələbəsi eyni zamanda onu qalib edən çoxsaylı respondentlərin Azərbaycanın şərtləri ilə razılaşdıqlarının təsdiqi kimi də qəbul edilə bilər.
Təhməz Əsədov