Politoloq İlqar Vəlizadənin Axar.az-a müsahibəsini təqdim edirik:
- Paşinyan hazırda Qarabağdadır. Son iki ay ərzində erməni baş nazirin klanla əlaqələrindəki gərginlik pik həddə çatıb. Gərginliyin belə pik həddə olduğu dönəmdə Paşinyan Qarabağda nəyə nail olmaq istəyir?
- Bu səfər “erməni oyunları”na həsr olunsa da, reallıqda əsas məqsəd Paşinyanın qondarma "dqr"də öz dayaqlarını möhkəmləndirməsidir. Paşinyan İrəvanda olduğu kimi, Dağlıq Qarabağda da "hakimiyyət dəyişikliyi" planlaşdırır. Bununla o, Qarabağ klanının dayaqlarını tamamilə məhv etmək niyyətindədir.
Sentyabrın əvvəllərində qondarma qurumun yerli idarəetmə orqanlarına seçki keçiriləcək. Bu seçkidə çox güman ki, Paşinyanın adamları iştirak edəcək. Paşiyan həm də o adamlara dəstək vermək üçün mitinq keçirir və bu mitinqdə açıq və ya sətiraltı şüarlar səsləndirir. Bu şüarların əsas məqsədi elektoratı mümkün hakimiyyət dəyişikliyinə hazırlamaq və öz adamlarına dəstək verməkdən ibarətdir. Paşinyan çox gözəl başa düşür ki, əgər Qarabağ klanına öz məkanında qalib gəlməsə, onlar İrəvanda revanş alacaqlar. Məhz bu klanın liderlərindən olan Köçəryan bundan öncə bəyan edib ki, payız aylarında Paşinyana qarşı mütəşəkkil müqavimətə başlanacaq. Bu müqavimətin kökləri Dağlıq Qarabağa gedib çıxır. Məhz burada hazırkı Ermənistan hakimiyyətinə dəstək verən yerli hakimiyyət orqanı yoxdur. Yəni mövcud separatçı qurum tam olaraq Qarabağ klanının adamlarının əlindədir. Onların elektoral varlığını ləğv etmək üçün Paşinyan bu cür səylər göstərir.
- Paşinyan üçün hazırda önəmli məqamlardan biri qondarma rejimin gələcək liderinin kim olacağıdır. Mətbuat İrəvanın müxtəlif formalarda Araik Arutyunyan və general Samvel Babayanı dəstəklədiyinə dair iddialar səsləndirir. Sizcə, Paşinyanın separatçı rejimə lider edəcəyi şəxs Qarabağ klanının keçmiş ortaqlarından biri olacaq, yoxsa yeni sima olacaq?
- Düşünürəm ki, qondarma rejimdəki növbəti prezident seçkisində (2020-ci il) namizəd yenə Qarabağ klanından hansısa bir general olacaq. Qondarma qurumun təhlükəsizlik şurasının keçmiş sədri Vitali Balasanyan əslində “prezidentliyə” daha şanslı namizəd kimi görünür. O ki qaldı Paşinyanın namizədlərinə, bunları məlum etmək çətindir. Çünki burada müxtəlif qruplar mübarizə aparır. Əgər Balasanyan seçkiyə gedəcəyini açıq elan etsə, onda əks tərəf ona uyğun hərəkət edəcək. Burada Qarabağ klanının kimi dəstəkləməsi və onun nüfuzunun nə dərəcədə olması çox önəmlidir.
İndinin özündə isə daha aktual məsələ yerli seçkini qazanmaqdır. Gələcəkdə uğurun təmin edilməsi üçün yerli seçkini qazanmaq çox önəmlidir. Burada seçkidə kim qalib gəlsə, qondarma rejimin prezident seçkisində həmin o qrupun şansı daha yüksək olacaq.
- Köçəryan bundan öncə bildirdi ki, payızda müqavimət hərəkatı başlayacaq. Yeni müqavimət hərəkatı Qarabağ klanının keçmiş oyunçularıyla aparılacaq, yoxsa meydana yeni qüvvə çıxarılacaq?
- Çox güman ki, bu, mütəşəkkil surətdə müqavimət olacaq. Doğrudur, Köçəryanla Sərkisyan arasında münasibətlərin soyumasına rəğmən, hər kəs anlayır ki, bu müqavimət həm də Sərkisyanın gələcəyi deməkdir. Köçəryan uduzsa, növbəti dustaq Sərkisyan olacaq. Onlar bunu çox gözəl başa düşürlər. Bütün bunlara görə klan birləşəcək. İndi onun əlamətləri görünməkdədir. Təbii ki, bu o demək deyil ki, Qarabağ klanı daxilində bundan sonra qruplaşma olmayacaq. Klan daxilində hər qrup gələcək uğuru üçün müəyyən şərtlər irəli sürəcək. Yəqin ki, formal lider Köçəyan olacaq, amma yenə də daxili qruplaşmalar olacaq və onun qarşısında müəyyən şərtlər qoyulacaq. Bu şərtlərin nə olacağını oyun prosesində görmək olacaq. Ona görə “oyun” deyirəm ki, bunu “siyasət” adlandırmaq çox çətindir. Burada maliyyə və yaxud da xarici dəstək böyük rol oynayır. İndi bu müqaviməti təşkil etmək üçün külli miqdarda vəsait lazımdır. Belə demək mümkünsə, ortaya kim çox pul qoysa, onun sözü keçəcək. Düşünürəm ki, Köçəryan özünü sığortalamaq üçün həm nüfuzunu, həm də pulunu ortaya qoyacaq. Köçəryan eyni zamanda onu dəstəkləyən xarici qruplara ümid edir.
Bundan əlavə, İrəvanda savaşın təkcə bu iki qrup arasında gedəcəyini və oyunun yalnız bundan ibarət olacağını düşünmək olmaz. Proses boyunca yeni qruplar formalaşacaq və yeni oyunçular ortaya çıxacaq.
- Maraqlıdır ki, Köçəryanın bəyan etdiyi müqavimət hərəkatının başlanğıc tarixi Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfəri ərəfəsinə düşür. Köçəryan niyə məhz bu tarixi seçib?
- Siyasətdə təsadüf deyə bir şey yoxdur. Nə isə baş verirsə, deməli, bu planlı şəkildə hesablanan addımdır.
Putin bir ildən artıqdır ki, Ermənistana səfər etmir. Nədənsə bu səfər Köçəryanın müqavimət hərəkatı ilə üst-üstə düşür. Bu, təsadüfi deyil. Böyük ehtimalla, səfər çərçivəsində Putin Köçəryanla görüşəcək. Çünki bundan əvvəl də məktublaşmalar olub, rus səfir Köçəryana baş çəkib və s. Rusiya bununla demək istəyir ki, Ermənistanın daxili siyasəti heç də Paşinyanın daxili işi deyil və burada Rusiyanın da marağı var. Çünki Rusiya Ermənistanın xərclərini ödəyən əsas ölkədir. Ermənistan Rusiyanın krediti hesabına rus silahını alır, Rusiya qoşunları Ermənistanın sərhədlərini qoruyur, bu ölkənin təhlükəsizliyindən Rusiya məsuliyyət daşıyır, Rusiyanın iri şirkətləri Ermənistanda infrastruktur layihələri həyata keçirir, Rusiya qazı az qala Ermənistana daxili qiymətlərlə satılır. Yəni demək olar ki, Rusiya Ermənistanı özəlləşdirib. Bunu sadalamağım kifayət edir ki, tərəflər arasında nisbəti görə bilək. Belə vəziyyətdə, əlbəttə, Rusiyanın haqqı var ki, daxili siyasətdə Ermənistandan müəyyən şeylər tələb etsin. Görünür ki, Paşinyan bu tələblərə fikir vermir, Rusiyadan gələn mesajları lazımınca qiymətləndirmir. Ona görə də Rusiya öz maraqları ilə hesablaşır. Məhz Köçəryanın prezidentliyi dövründə Rusiya ilə mühüm sazişlər və sənədlər imzalandığı üçün Rusiya bu ölkədə güclü mövqelərə malikdir. Bu səbəbdən Köçəryanın bu bəyanatını təsadüfi saymıram. Putinin səfəri zamanı hətta Köçəryanla görüşünün baş verməsi məntiqli görünür. Bununla belə, Rusiyanın gələcəkdə bu müqavimətə dəstək verməsi ehtimalı da mövcuddur.
- Onda belə çıxır ki, Paşinyanın Xankəndiyə səfəri həm də bir növ, gələcəyə doğru planlaşdırılmış addımdır. Yəni Putinin səfəri öncəsi Paşinyan situasiyanı nəzərə alaraq, həm də öz şanslarını yüksəltməkmi istəyir?
- Paşinyanın əsas məqsədi Qarabağ klanını yuvalarında neytrallaşdırmaqdan ibarətdir. Çünki başa düşür ki, Ermənistanda onlarla nə qədər mübarizə aparsa da, yuvaları toxunulmaz olaraq qalır. Paşinyanın məqsədi onların gücünü və kökünü ləğv etməkdir. Əlbəttə, belə bir şey baş versə, Paşinyan onda həm Ermənistanda, həm də Dağlıq Qarabağda söz sahibi olacaq. Bu halda isə Rusiya Paşinyanla münasibətlərdə daha aciz və daha zəif görünəcək. Dolayı yolla, Paşinyanın bu səfərində həm də Rusiyaya ismarış var.
Tehsil-press.az