Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistraturasını on nəfər müvəffəqiyyətlə bitirib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistraturasını on nəfər müvəffəqiyyətlə bitirib 2020-2021-ci tədris ilində qeyri-üzvi kimya, fiziki-kimya, kimyəvi kinetika və kataliz, yüksəkmolekullu birləşmələr kimyası, kompozisiya materialları kimyası və neft-kimya proseslərinin riyazi modelləşdirilməsi ixtisaslaşmaları üzrə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan 10 tələbə magistraturada təhsil proqramını başa vurub və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçib.
Həmin tələbələrdən 7-si fərqlənmə diplomuna layiq görülüb.
Qeyd edək ki, magistraturanı bitirənlərin əksəriyyəti institutun doktoranturasında təhsil almaq arzusunda olduğunu bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər