Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Moskvada elmi ezamiyyətdə olub.
Məqsəd elmi müəssisədə fəaliyyət göstərən Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar beynəlxalq laboratoriyasının Moskva Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedrası ilə birgə il ərzində apardığı elmi tədqiqatların nəticələrini və gələcək elmi əməkdaşlıq məsələlərini müzakirə etmək olub.
Moskva Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedrasının müdiri, professor Andrey Şevelkov ilə görüşdə növbəti illərdə birgə aparılacaq tədqiqat işləri və həyata keçiriləcək elmi layihələr barəsində razılıq əldə olunub.
Tehsil-press.az