Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Nəsimi rayonu 211 nömrəli tam orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır. Tədbir çərçivəsində məktəblilər üçün müxtəlif laboratoriyalara ekskursiyalar təşkil edilib. Onlar elmi müəssisənin laboratoriyalarında quraşdırılan müasir cihaz və avadanlıqlarla yaxından tanış olublar. Həmçinin məktəblilər üçün Analitik kimya laboratoriyasında müxtəlif əyləncəli təcrübələr də nümayiş etdirilib.
Görüşdə şagirdlərə institutun yaranma tarixi, burada çalışmış görkəmli Azərbaycan kimyaçıları, onların həyat və elmi fəaliyyətləri haqqında ətraflı məlumat verilib.
Tehsil-press.az