Başqırdıstan Respublikası Başqırd Dövlət Universitetinin Tarix kafedrasının dosenti, tarix elmləri namizədi Nadir Salih AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.
Qonağa elmi müəssisənin tarixi, beynəlxalq əlaqələri, burada mühafizə olunan əlyazmalar və yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verilib. Nadir Salih Ufa şəhərinin 3 arxivində mövcud olan ümumilikdə 2500 əlyazma üzərində apardığı “Ərəb qrafikalı əlyazmalar Başqırdıstanda (tarixi oçerk)” monoqrafiyasını institutun kitabxanasına hədiyyə edib. “Cənubi Qafqaz ölkələrinin əlyazma fondlarında mühafizə olunan ərəb qrafikalı əlyazmalar” mövzusunda tədqiqat aparmaq və bu məqsədlə institutun fondlarında mövcud olan arxeoqrafik sənədlərlə tanış olmaq istədiyini bildirib. O, Əlyazmalar İnstitutunun Ekspozisiya zalındakı qədim əlyazmalarla, oxu zalındakı ərəbdilli əlyazmaların kataloqu ilə tanış olub.
Tehsil-press.az