Azərbaycanda “Elm günü”nün qeyd edilməsi ilə əlaqədar olaraq martın 27-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Açıq qapı” günü keçirilib.
Tədbirdə elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov burada qorunan əlyazmalar haqqında ətraflı məlumat verib və orta əsrlərdə Azərbaycanda elmin bütün sahələrinin inkişaf etdiyini, cəmiyyətdə multidissiplinar bir mühit yarandığını söyləyib.
Qeyd olunub ki, İbn Sina, Nəsirəddin Tusi kimi alimlərin əsərləri latın dilinə tərcümə edilərək Avropada yayılırdı. Azərbaycanda tibb və astronomiya, riyaziyyat və minerologiya, fəlsəfə və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiyaya dair türk, fars və ərəb dillərində dəyərli əsərlər meydana çıxırdı. Əlyazmalar İnstitutunda qorunan və nümayiş olunan əlyazmalar bunun əyani sübutudur. İnstitutda təkcə tibbə dair 1453 əlyazma saxlanılır. Burada hətta kulinariyaya aid əsər də qorunmaqdadır. Bütün sahələri əhatə edən əlyazmaların tədqiqi, tərcüməsi, kataloqlaşdırılması və nəşri ilə məşğul olan Əlyazmalar İnstitutu indiyədək çoxsaylı uğurlara imza atıb.
Tehsil-press.az