UNEC ilə Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutu arasında memorandum imzalanıb

UNEC ilə Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutu arasında memorandum imzalanıb Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu (İAETİ) ilə Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin “İqtisadi Tədqiqatlar İnstitutu” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi İAETİ-nin direktoru professor Yadulla Həsənli və “İqtisadi Tədqiqatlar İnstitutu” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ruslan Sultanov imzalayıb.
Memorandumda iki institut arasında birgə layihələrin işlənməsi, təcrübə mübadiləsi, iqtisadi siyasət və iqtisadi stabillik üzrə tədbirlərin, o cümlədən konfrans və seminarların keçirilməsi, birgə məqalələrin dərc edilməsi və s. nəzərdə tutulub. Memorandumda, həmçinin əməkdaşlığın institusional mexanizmləri, tərəflər arasında əməkdaşlığı tənzimləyən ümumi şərtlər müəyyənləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər