Slovakiyanın Pan European Universitetinin MBA fakültəsinin dekanı Anton Koraus Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) olub.
“Erasmus+” beynəlxalq mübadilə proqramı çərçivəsində təşkil olunan görüşdə İAETİ-nin direktoru, professor Yadulla Həsənli institutda aparılan tədqiqatlarla bağlı məlumat verib, həyata keçirilən layihələrdən danışıb.
Görüşdə ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi yolları müzakirə edilib, gələcək əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Müzakirələrdə qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanması və birgə elmi məqalələrin nəşri üçün ilkin razılıq əldə olunub.
UNEC-in Mətbuat Xidməti