Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından irəli gələn vəzifələri müzakirə ediblər.
Tədbirdə İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) direktoru, professor Yadulla Həsənli 3 ay ərzində ölkənin sosial-iqtisadi inkişafında baş verən mühüm yeniliklər barədə məlumat verib. İnstitutun böyük elmi işçisi Fərhad Mikayılov ölkənin sosial-iqtisadi inkişafının müxtəlif istiqamətləri üzrə məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrə diqqət çəkən iqtisadçı alim bir sıra dövlət əhəmiyyətli iqtisadi tədbirlərin, aparılan iqtisadi islahatların mühüm töhfələr verdiyini vurğulayıb. O, həmçinin milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorlar üzrə Strateji Yol Xəritələri ilə bağlı görülmüş işlərin icra vəziyyətini təhlil edib.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.

UNEC-in Mətbuat Xidməti