Tacikistanda 18 yaşı tamam olan vətəndaşlar üçün mütləq vaksinasiya elan olunub.
Tacikistanda koronavirusun qarşısının alınması ilə bağlı Respublika Qərargahı bununla bağlı qərar qəbul edib.
Bildirilir ki, xarici səfərdən qayıdan Tacikistan vətəndaşları mütləq qaydada yoxlamadan keçməli, COVID-19-un aşkar edilib-edilmədiyindən asılı olmayaraq 10 gün ərzində karantində olmalı, özünütəcrid vəziyyətində yaşamalıdırlar.
Qeyd olunur ki, toy və ailə şənlikləri, digər kütləvi tədbirlərdə sanitariya qaydalarına əməl olunmaqla daha az adamın iştirakı təmin olunmalıdır.
Tehsil-press.az