İraqda Ərbil aeroportu atəşə tutuldu

İraqda Ərbil aeroportu atəşə tutuldu İraqın Kürd Muxtar Əyalətindəki Ərbil aeroportu raket atəşinə məruz qalıb, onun üzərindəki hava məkanı tamamilə bağlanıb.
Hücumdan sonra uçuş sahəsində duran təyyarələrdən bütün sərnişinlər evakuasiya edilib. Hava limanının işıqlandırması tamamilə söndürülüb. Mümkün zərər barədə hələ məlumat yoxdur.
ABŞ-ın Ərbildəki Konsulluğunda hava həyəcanı siqnallarının işə düşdüyü də bildirilir.
“Shafaq news” muxtar regionun antiterror idarəsinə istinadən bildirib ki, aeroport pilotsuz uçan aparatla atəşə tutulub. Hücum nəticəsində xəsarət alan olmayıb.

Tehsil-press.az


Oxşar xəbərlər