“Əfqanıstandan qoşunlarını geri çəkən Amerika, bununla faktiki olaraq bu ölkədəki iyirmi illik missiyasının uğursuz olduğunu etiraf etmış oldu”. Bu açıqlamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov Uzaq Şərq Federal Universiteti tələbəəri qarşısında çıxışı zamanı verib.
Rusiyalı nazirə görə, Vaşinqton tərəfindən Əfqanıstandan qoşunların çıxarılması, münaqişənin ölkədə qalmasına və hərbi yolla həll olunmasına gətirib çıxara bilər, çünki amerikalılar bu ölkədə “Taliban” hərəkatı ilə keçid hökumətinin qurulmasını istəmirlər.
...Bundan əlavə, çox təəssüflər ki, Kabuldakı əksər liderlər də keçid hökumətini təşkil etmək istəmirlər, çünki onlar bunun siyasi aktiv fəaliyyətindən çıxacağından qorxurlar. Belə çıxır ki, ölkəni tərk edən həm amerikalılır, həm də yerli səlahiyyətlilər vəziyyətin hərbi yolla həll edilməsinin ümidinə qoymuş olurlar.
Yeri gəlmişkən bildirək ki, ABŞ prezidenti Jozef Baydenin bu ilin yazında amerikalı hərbçilərin Əfqanıstandan çıxarılması barədə ilk təklifi, həm Amerika generalları, həm də amerikanların Avropadakı müttəfiqləri tərəfindən o qədər də dəstəklənməmişdi. Yəni ABŞ prezidentinin bu təklifi elə də təqdir olunmurdu. Amma buna baxmayaraq, bu ilin aprelindən başlayaraq Əfqanıstana bombardmançı təyyarələr göndərən Pentaqon bu ərazilərdəki ABŞ qoşunlarının ölkədən çıxana qədər mühafizəsini təmin etdi. May ayından isə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanıldı.
Tehsil-press.az