ABŞ-ın öz qoşunlarını İraqda yerləşən 15 hərbi bazadan çıxarmağa başladığı barədə məlumatlar həqiqətə uyğun deyil.
Bunu “TASS”a açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi podpolkovnik Erl Braun deyib.
“Bu məlumatlar yalandır”, - deyə o, bildirib.
Qeyd edək ki, ötən gün “Sky News Arabia” İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Əli əl-Qənimiyə istinadən ABŞ-ın İraqdakı 15 hərbi bazadan qoşunlarını çıxarmağa başladığını açıqlayıb. Deputatın sözlərinə görə, amerikalılar mövcudluğunu iki böyük bazada - ölkənin şimalındakı Ərbil şəhəri və Ayn- əl-Əsəd aviabazası ilə məhdudlaşdıracaqlar.
Tehsil-press.az