Azərbaycan torpaqlarının aqroekoloji problemlərinin görkəmli tədqiqatçısı, akademik Qərib Məmmədov Böyük Britaniyanın Oksford Universitetinin nəzdində “Sokrat Komitəsi”nin qərarı ilə dünya elminə verdiyi töhfəyə görə “Şöhrət” medalı ilə təltif edilib. Bu, bütövlükdə Azərbaycana və onun elminə verilən böyük qiymətdir.
Bu barədə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev məlumat verib. O bildirib ki, akademik Qərib Məmmədovun tədqiqatları təkcə torpaqşünaslıq və ekologiya üzrə deyil, torpaqların coğrafiyası, meliorasiyası, rekultivasiyası, mühafizəsi, aqroekologiyası, aqrokimyası, torpaq örtüyünün strukturu, torpaqların CİS əsasında tədqiqi və digər elm sahələrinin inkişafı ilə də bağlıdır.
Tehsil-press.az