Azərbaycan torpaqlarının ekoloji qiymət xəritələrinə dair məruzə dinlənilib

Azərbaycan torpaqlarının ekoloji qiymət xəritələrinə dair məruzə dinlənilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında akademik Qərib Məmmədov “Azərbaycan Respublikası torpaqlarının elektron xəritəsi və torpaqların ekoloji qiymət xəritələrinin tətbiqinə dair” mövzusunda məruzə ilə çıxış edib.
Akademik coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında məlumat verib. İnteraktiv torpaq xəritələrinin və torpaqların CIS əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin hazırlanması məsələlərinə aydınlıq gətirən məruzəçi ilkin hazırlanmış interaktiv elektron torpaq və ekoloji qiymət xəritələrini nümayiş etdirib.

Tehsil-press.az

Oxşar xəbərlər