Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli torpaqşünas alim Məmmədəmin Salayevin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov ölkəmizdə xalqımız, vətənimiz qarşısında böyük xidmətlər göstərmiş insanların yubileylərinin qeyd olunmasının ənənə halını aldığını qeyd edib. Vurğulayıb ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Akademik Əhliman Əmiraslanov alimin həyat və fəaliyyəti haqqında qısa məlumat verib. Bildirib ki, görkəmli alim Məmmədəmin Salayev Azərbaycan torpaqşünaslıq elminin inkişafında əvəzsiz rol oynayıb.
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, akademik Məhərrəm Babayev “AMEA-nın müxbir üzvü Məmmədəmin Salayevin elmi və elmi-təşkilati fəaliyyəti” mövzusunda geniş məruzə edib. Akademik məruzəsində məlumat verib ki, Məmmədəmin Salayevin elmi fəaliyyəti Azərbaycan torpaqlarının müfəssəl təsnifatı, dağ torpaqlarının diaqnostikası, təsnifatı və bioloji məhsuldarlığı, torpaqların sistematikası və aqroistehsalat qruplaşdırılması, torpaqda kimyəvi elementlərin miqrasiyası, suvarılan və subasar torpaqların genezisi və diaqnostikası və s. məsələlərin tədqiqinə həsr olunub. Alim Azərbaycan üçün ilk dəfə olaraq əsas zonal tip torpaqların genetik qatlarının indeksini işləyib hazırlayıb. “Zaqafqaziya subtropik torpaqlarının genetik tipləri” adlı kitabında təkcə regionun deyil, digər subtropik rayonların torpaqlarını da geniş araşdırıb, subtropik torpaqəmələgəlmənin elmi nəzəriyyəsini verib.
Akademik Məhərrəm Babayev diqqətə çatdırıb ki, Məmmədəmin Salayev çoxillik elmi-pedaqoji fəaliyyəti nəticəsində 28 fəlsəfə və elmlər doktoru yetişdirib. 200-dən çox elmi əsərin və xəritənin, o cümlədən 6 monoqrafiyanın müəllifi, ortamiqyaslı Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəsinin həmmüəllifidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Əlövsət Quliyev, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Vilayət Həsənov, DİA-nın “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasının dosenti Roza Əliyeva Məmmədəmin Salayevin Azərbaycan torpaqşünaslıq elminin inkişafına verdiyi töhfələrdən bəhs edib, alimlə bağlı xatirələrini bölüşüblər.
Sonda Məmmədəmin Salayevin oğlu Fuad Salayev ailəsi adından çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Tehsil-press.az