Yaşıl çayın faydaları - FAYDALI MƏSLƏHƏT

Yaşıl çayın faydaları - FAYDALI MƏSLƏHƏT Ən məşhur təbii arıqlamaq çayları arasında yaşıl çay öndə dayanır. SİA xəbər verir ki, yaşıl çay arıqlamaq üçün keçmiş zamanlardan bəri istifadə olunur. Son 15-20 ildə bu çayla əlaqəli ciddi araşdırmalar aparılır.
Yaşıl çayın faydaları:
• Xolesterol səviyyəsini aşağı salır;
• Maddələr mübadiləsini sürətləndirir;
• Güclü antioksidantdır (sərbəst radikalları neytrallaşdırır);
• İmmuniteti artırır, orqanizmi möhkəmləndirir;
• Arterial təziyiqi aşağı salır;
• Xərçəng xəstəliyi riskini azaldır;
• Ürək-damar sisteminin sağlamlığını qoruyur.
Yaşıl çay arıqlamaq üçün necə dəmlənməlidir?
Arıqlamaq üçün dəmlədikdə bir fincana 1 çay qaşığı qurudulmuş çay yarpağı atın. 1 stəkan suyun qaynadıqdan sonra 4-5 dəqiqə soyumasını gözləyin. Fincana suyu süzgəclə asta-asta süzün. 2-3 dəqiqə ərzində dəmləyin. Qətiyyən qaynar sudan istifadə etməyin. 80-85 dərəcəli suda çay öz keyfiyyətini saxlayaraq, düzgün dəmlənir. Nəticəni isə istifadə etdikcə görəcəksiniz.

Tehsil-press.az


Oxşar xəbərlər