Yığımı əsasən qadınlar edir. Mayın ilk günlərindən etibarən xırda, tənək üçün yararsız, insan üçün isə faydalı olan yarpaqların dərimi aparılır. Toplanan cavan yarapaqlar həm yaşıl halda saxlanır, həm də konservləşdirilir.
Qazaxda uzun illər üzümçülüklə məşğul olan Sirac Nuriyev AZƏRTAC-a bildirib ki, üzümün meyvəsi ilə yanaşı, yarpağından da yüksək gəlir götürmək mümkündür. Həmçinin satılan yarpaq il boyu üzüm sahəsinə çəkilən xərci də ödəyə bilər. Hazırda kiloqramı 3 manata, bayram vaxtlarında isə 5-7 manata satılan yaşıl yarpaqlar fermerlərə yaxşı qazanc gətirir.
Milli xörəyimiz olan dolmanın hazırlanmasında istifadə edilən yarpağı qadınlar sahələrdən rahat şəkildə toplaya bilirlər. "Yaşıl əməliyyat" adlandırılan proses daha çox üzümün yarpağı bol olan budaqlarında aparılır.
Yerli sakinlər yığım prosesinin may ayının sonunadək davam edəcəyini bildirirlər. Mütəxəsilər əlavə xərc tələb etmədən yetişən üzüm yarpağının satışını etməklə, fermerlərin xərclərin bir qismini rahat şəkildə ödəyə biləcəyini düşünür. Bir sözlə, bölgədə daha çox becərilən bitkinin həm meyvəsi, həm də yarpağı pul gətirir. Qalır ondan səmərəli istifadə etmək.
Tehsil-press.az