Rusiya polisi Azərbaycan vətəndaşını Almaniyaya təhvil verdi

Rusiya polisi Azərbaycan vətəndaşını Almaniyaya təhvil verdi Rusiya polisi 2016-cı ildə Almaniyanın Saarbrükken şəhərində əyləncə mərkəzinin girişində qumbara partladan Azərbaycan vətəndaşını alman həmkarlarına təhvil verib.
Bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk bildirib.
“Bu gün Moskvanın M.V. Lomonosov adına Domodedovo aeroportunda Elşad Qulammirzəyev kimi də tanınan Azərbaycan Respublikasının vətəndaşı Elşad Əzizov Almaniya Federativ Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib”, - Volk deyib.
Qeyd edək ki, E. Əzizov 2016-cı ildə Saarbrükken şəhərində insanların olduğu əyləncə mərkəzinin girişində qumbara partladıb. İlkin məlumata görə, hücum milli zəmində baş verib.
İki dəfə soyğunçuluq etdiyi üçün 2018-ci ildə Rusiyanın Nijni Novqorod şəhərində tutulan E. Əzizov 3,5 il müddətinə həbs edilib. Həbs müddəti bitdiyi üçün Almaniyaya ekstradisiya edilib.

Tehsil-press.az


Oxşar xəbərlər