Bu biznesmenlər Rusiyadan 37 milyard çıxarıblar - Biri həbsdədir, digəri isə...

Bu biznesmenlər Rusiyadan 37 milyard çıxarıblar - Biri həbsdədir, digəri isə... Rusiya hüquq-mühafizə orqanları 2013-2014-cü illərdə ölkədən 37 milyarddan çox rublu çıxaran dəstəni müəyyənləşdirib. Bu barədə DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib.
Onun sözlərinə görə, qrup üzvləri valyutanın satılması bəhanəsi ilə “Zapadny” və “Ruskiy Zemelnıy Bank” dan xarici təşkilatlara, məsələn, “VS Moldindconbank S.A.”ya pul köçürüblər. Bundan sonra pullar Moldova məhkəmələrinin saxta qərarları əsasında bankların hesabından silinib.
Cinayətkar dəstənin təşkilatçıları Moldova və Rusiya vətəndaşları olan Vladimir Plaxotnyuk və Vyaçeslav Platon olub. Qruplaşmada başqa Moldova vətəndaşları da olub.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd olunur ki, V. Ploxotnyuk Moldovanın eks-deputatı və zəngin biznesmenlərindən biridir. O, hazırda ölkənin Demokratlar partiyasının lideridir. 2017-ci ildə Moskvanın Basman rayon məhkəməsi onun haqqında cinayətə cəhdə görə həbslə axtarış qərarı verib.
Biznesmen V. Platon isə 2009-2010-cu illərdə Moldovada millət vəkili olub. O, Rusiyadan banklar vasitəsilə Moldovaya 20 milyarddan çox rublu daşıdığına və “Banca de Economi”dən 20 milyon dolları oğurladığına görə 2017-ci ildə 18 ay müddətinə azadlıqdan məhrum edilib.

Tehsil-press.az

Oxşar xəbərlər