Metodik kabinet əməkdaşları üçün vebinar təşkil olunub

Metodik kabinet əməkdaşları üçün vebinar təşkil olunub Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) iyulun 12-də metodik kabinet əməkdaşları üçün vebinar təşkil edib.
Vebinarın mövzusu metodik kabinet əməkdaşları arasında keçirilmiş sorğu əsasında müəyyən olunub. 450-yə yaxın metodistin qoşulduğu vebinarda spiker qismində MDM-in Metodik xidmət şöbəsinin aparıcı mütəxəssisi Lətafət Cütcüzadə çıxış edib.
Vebinarda metodistlərə kollektiv və fərdi iş formaları üzrə mövzular haqqında geniş izahat verilib. Spiker təqdimatında məktəbdaxili metodbirləşmələr, pedaqoji seminarlar, elmi-praktik konfranslar, pedaqoji və metodik oxu, yaradıcı müəllim qrupları, təcrübə məktəbləri, oxucu və tamaşaçı konfransları, metodik sərgilər, bülletenlər, divar qəzetləri, məktəbdəki metodik guşələr və sinif otaqları, açıq dərslər, konsultasiya (fərdi məsləhətləşmə), mentorluq, təcrübəkeçmə, şəxsi metodik (yaradıcı) mövzu üzərində iş, fərdi özünütəhsil kimi mövzular haqqında çıxış edib.
Sorğu formatında keçirilən vebinarda Ağdaş, Balakən, Qəbələ, Qax, Göyçay, Quba, Qusar, İsmayıllı, Xaçmaz, Xızı, Mingəçevir, Naftalan, Oğuz, Şabran, Şəki, Siyəzən, Ucar, Yevlax, Zaqatala, Zərdab, Gəncə, Ağstafa, Gədəbəy, Qazax, Goranboy, Göygöl, Şəmkir, Samux, Tovuz, Daşkəsən şəhər və rayonları üzrə metodik kabinet əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, metodik kabinetlərin iş fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə MDM tərəfindən davamlı seminarların keçirilməsi nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər