Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda Bakı Dövlət Universitetinin (BDU) Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu elmi məqalə “Web of Science Clarivate Analitics” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.
“Helicobacter pylori bakteriyası ilə yoluxmuş mədənin xərçəng hüceyrələrində LncRNT-nin tənziminin pozulması” (Dysregulation of LncRNA in Helicobacter pylori-Infected Gastric Cancer Cells) adlı icmal məqalə impakt faktoru 3.411 olan “BioMed Research İnternational” (2021) jurnalında yer alıb.
Genetik müxtəlifliyə malik olan Helicobacter pylori bakteriyası mədə xərçənginin əsas törədicilərindən biridir. Mədə xərçəngi bir sıra genetik pozulmalar nəticəsində yaranır. Bu pozulmalar ətraf mühit amillərinin təsirindən və H.pylori bakteriyasına yoluxmadan baş verə bilir.
LncРНT (zülal kodlaşdırmayan uzunzəncirli РНК) mədə xərçəngində spesifik funksiya yerinə yetirən və terapevtik məqsəd daşıya bilən vacib bioloji makromolekullardır. Dəyişkənliyə məruz qalmış LncPNT, zülal kodlaşdıra bilən qonşu hüceyrələrin anormal ekspressiyasını törədə bilir. Belə anormal ekspressiyalar xərçəngin əmələ gəlməsinə səbəb olur. Ekspressiyaların mexanizmləri kifayət qədər öyrənilməyib, buna görə də icmal məqalədə yüksək səviyyədə LncPNT olan və H.pylori bakteriyasına yoluxmuş populyasiyalarda mədə xərçəngi riski araşdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər