BDU-da “Minimal simmetrik operatorun fəzadan çıxmaqla öz-özünə genişlənməsi” mövzusunda vebinar

BDU-da “Minimal simmetrik operatorun fəzadan çıxmaqla öz-özünə genişlənməsi” mövzusunda vebinar Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda vebinar keçirilib.
Vebinarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı Nigar Aslanova “Minimal simmetrik operatorun fəzadan çıxmaqla öz-özünə genişlənməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə öz-özünə genişlənmənin spektri əsasında məxsusi ədədlər üçün asimptotik düstur və requlyarlaşmış iz düsturu göstərilib.
Vebinarda Türkiyənin Atatürk Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, İranın Zəncan Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər