Çində daşqın 200 minə yaxın sakinin təxliyyəsinə səbəb oldu

Çində daşqın 200 minə yaxın sakinin təxliyyəsinə səbəb oldu Çinin Henan vilayəti inzibati mərkəzi Çjenjou şəhərinin 200 minə yaxın sakini daşqın səbəbiylə təxliyyə edilib.
Bu barədə yerli bələdiyyə orqanları xəbər yayıb.
Daha əvvəl təbii fəlakətin törətdiyi nəticələr səbəbindən təxminən 100 min sakinin təxliyyə edildiyi bildirilib.
Rəsmi məlumata əsasən, şəhərdə son 24 saat ərzində 457,5 mm yağıntı düşüb. Qeyd edilir ki, şəhərdə illik yağıntı norması təxminən 640,8 mm-dir.
Daşqın ən azı 12 nəfərin həyatına son qoyub.

Tehsil-press.az


Oxşar xəbərlər