İndoneziyada daşqın qurbanlarının sayı 66 nəfərə çatıb

İndoneziyada daşqın qurbanlarının sayı 66 nəfərə çatıb İndoneziyanın paytaxtı Cakartada və ətraf bölgələrdə daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb.
Bu barədə "Sinxua" agentliyi bildirib.
Qeyd edək ki, daha əvvəl 53 nəfərin həlak olması barədə məlumat verilmişdi.
Bölgədə sel və torpaq sürüşməsi Yeni il ərəfəsində güclü yağış səbəbindən baş vermişdi.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyindən verilən məlumata görə, Cakarta və qonşu şəhərlərdə güclü yağışla müşahidə olunan mənfi hava şəraiti gələn həftəyə qədər davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər