Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə “Çin dili körpüsü” mövzusunda XIV beynəlxalq müsabiqənin Azərbaycan üzrə onlayn seçim turu olub. Seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Çin beynəlxalq təhsil fondu və Konfutsi İnstitutu tərəfindən təşkil edilib. Müsabiqəyə müxtəlif orta məktəblərin və gimnaziyaların şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri qatılıblar.
Çinin Azərbaycandakı səfiri xanım Qo Min onlayn müraciətində müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində uğurlar arzulayıb və “Çin dili körpüsü” yarışmasının Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndirilməsinə daha bir töhfə olduğunu bildirib.
Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə Konfutsi İnstitutunun direktoru, Rafiq Abbasov əsası ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı qoyulmuş Çin ilə Azərbaycan arasında təhsil sahəsində sürətlə genişlənən əməkdaşlıqdan söz açıb. Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən R.Abbasov tarixi İpək yolu ilə əlaqəli olan iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 29-ci ildönümündə bu müsabiqənin keçirilməsinin simvolik xarakter daşıdığını vurğulayıb. Azərbaycan Respublikası üzrə seçim turu bir neçə mərhələdə keçirilib. İştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, Çin mədəniyyəti haqqında sualları cavablandırıb, bədii nömrələr nümayiş etdiriblər.
Məktəblilərin çıxışları Konfutsi İnstitutunun müəllimləri, Çin səfirliyinin Azərbaycandakı nümayəndələrinin də daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar. Onlar, həmçinin ADU-nun Konfutsi İnstitutunda Çin dilini ödənişsiz öyrənmək imkanından yararlana bilər.
Tehsil-press.az