ABŞ İraqdakı öz hərbi kontingentinin döyüş missiyasını dekabrın 31-nə qədər yekunlaşdırmaq niyyətindədir.
bu haqda məlumat hər iki ölkə arasında keçirilən strateji dialoqun yekunlarına dair yayılan birgə bəyanatda yer alıb.
Bəyanatda deyilir ki, bununla yanaşı, ABŞ yerli təhlükəsizlik qüvvələrinə və hərbiləşdirilmiş kürd birləşmələrinə dəstəyini davam etdirəcək.
Görüşdə ABŞ Dövlət katibi Entoni Blinken və İraqın xarici işlər naziri Fuad Hüseyn çıxış ediblər.
“Nümayəndə heyətləri vurğulayıb ki, ABŞ kontingenti və koalisiya tərəfindən istifadə olunan baza İraqa məxsusdur və ölkənin qüvvədə olan qanunlarına uyğun olaraq, fəaliyyət göstərir. Bunlar nə ABŞ-ın, nə koalisiyanın bazalarıdır. Beynəlxalq kontingent yalnızca İraq hökumətinə “İslam dövləti” terror təşkilatı ilə mübarizədə dəstək üçün iştirak edir”, - deyə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub.
Tehsil-press.az