Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev və bir qrup əməkdaşı Türkiyənin İstanbul Texnik Universitetində olublar.
İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu rəhbərlik etdiyi universitet haqda danışıb, təqdimatlar vasitəsilə müvafiq sahələr üzrə məlumat verib.
İstanbul Texnik Universiteti ilə NDU arasında elmi tədqiqat sahəsində birgə elmi araşdırmaların aparılması, məqalə və elektron dərgilərin yeni tədqiqat üsulları ilə birgə nəşrinin hər iki ali məktəb üçün əhəmiyyəti qeyd edilib. Konservatoriyada təhsil alan tələbələr üçün mobillik proqramları və ikili diplom layihələrinin birgə əməkdaşlıqda səmərəli olacağı vurğulanıb. Həmçinin qeyd edilib ki, Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə birgə tədrisin təşkili və ikili diplom proqramının, eyni zamanda doktorantura və magistratura təhsil pilləsi üzrə texniki, mühəndislik sahələrinə dair ikili diplom proqramının həyata keçirilməsi gələcək üçün planlaşdırılır.
NDU-nun rektoru E.İsayev Türkiyə universitetləri ilə əməkdaşlığın bütün sahələrdə olduğu kimi, elmi tədqiqat və elmi araşdırma sahəsində də uğurlu cəhətlərini qeyd edib. Rektor gələcəkdə İstanbul Teknik Universitetinin texnopark sahəsindəki uğurlu fəaliyyətindən təcrübə qazanacaqlarını dilə gətirib.
E.İsayev bildirib ki, Azərbaycan ali məktəbləri arasında ilk dəfə NDU-da yaradılan Texnoparkın fəaliyyət sahəsinə universitetin bakalavr üzrə 42, magistr üzrə 80 ixtisasdan 43-ü daxildir. Ali təhsil ocağında innovativ inkişafla əlaqədar olaraq gənclərin layihələrini, startap ideyalarını dəstəkləmək üçün İnnovasiya Mərkəzi və İnnovasiya laboratoriyası da yaradılıb. Rektor qeyd edib ki, tələbələr bu günə qədər müxtəlif startap müsabiqələrində, ölkə, dünya miqyasında müxtəlif yarışlarda iştirak edib və uğurlar qazanıb.
NDU rəhbəri magistratura və doktorantura ixtisaslarında elmi tədqiqat araşdırmaları üçün birgə elmi fəaliyyətin göstərilməsinin hər iki universitet üçün yeni elmi mühit formalaşdıracağına əminliyini ifadə edib.
Görüş zamanı İTU ARI Texnoparkı ilə birgə fəaliyyətin həyata keçirilməsi eləcə də Texnopark rəhbərliyinin NDU-da seminarlarının təşkilinin təmin ediləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, 36442 tələbənin təhsil aldığı İstanbul Texnik Universitetinin 10 bina ilə fəaliyyət göstərən, 7900-dən artıq işçisi, 148-i patentli 3200-dən çox layihəsi olan ARI Texnoparkı Türkiyədəki texnoparklar arasında dövlət büdcəsinə ən çox gəlir gətirən, Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan lider Texnoparkdır.
Tehsil-press.az