Türkiyənin “Turizm və Restoran İşində İnvestorlar Birliyi”nin (TURYİD) İdarə Heyətinin sədri Kaya Demirer ölkədə ictimai iaşə məkanları və vaksinlə bağlı ölkə rəhbərliyinə iki təklif irəli sürüb.
O ilk olaraq sentyabrın 1-dən etibarən restoran, kafe, gecə klubu, idman zalı, kinoteatr, konsert və mərasim zalları kimi məkanlara yalnızca 2 doza vaksin vurdurmuş insanların girişinə icazə verməyə səsləyib.
Kaya Demirerin ikinci təklifi sentyabrın 1-dən 2 doza vaksin vurdurmaqdan imtina etmiş şəxslərin işəgötürənin təşəbbüsü ilə təktərəfli bir qərar ilə ödənişsiz məzuniyyətə çıxarılması təklifidir.
O əlavə edib ki, müvafiq qərarın avqustun 1-i qüvvəyə minməsi vaksin olunmamış şəxslərə 4 həftə ərzində peyvənd qəbul etmək şansı yaradacaq.
Demirer vurğulayıb ki, bu iki təklif hökumətin dəstəyi ilə gerçəkləşə bilər.
Tehsil-press.az