“Bu gün dünyada baş verən hadisələrə diqqət yetirdikdə müxtəlif sualların yaranmasına gətirib çıxaran məqamların şahidi oluruq. İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsinin yaratdığı reallıqlar dünyanın bu günədək hüquq problemi yaşamasını açıq şəkildə ortaya qoydu”.
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.
O bildirib ki, dünya güclərinin diktəsi ilə hərəkət edən beynəlxalq təşkilatların hesabatlarında da, nəhayət, əsaslı şəkildə dəyişikliklər baş verməkdədir:
“Sual olunur: Əgər İkinci Qarabağ müharibəsi baş verməsəydi, dünya gücləri hələ də ədaləti maraqlarının arxasında əritməkdə davam edəcəkdilərmi? Doğrudur, bu gün də həmin güclərin hadisələrə öz maraqları çərçivəsində münasibət bildirdikləri, istədikləri zaman susmaq, istədikləri zaman isə danışıb ədaləti arxa plana keçirdikləri məqamlar diqqətdən kənarda qalmır.
Amma görünən odur ki, Azərbaycanın Vətən müharibəsində tarixi Zəfəri, həmçinin dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı andan bu günədək qlobal problemə qarşı birgə mübarizənin zəruri olduğunu bildirərək, bu gün də “peyvənd millətçiliyi”ndən narahatlığını ifadə etməsi dünya siyasətində nəzərəçarpan dəyişikliklərə yol açıb.
Nəhayət, dünya gücləri də dərk edirlər ki, ədaləti uzun müddət maraqlara qurban vermək, onun üstündən xətt çəkmək qeyri-mümkündür.
Artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasının hansı vəziyyətə gətirib çıxardığını dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar gördülər.
Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, həmçinin pandemiyaya qarşı mübarizədə mesajları ilə bir daha dünyaya çatdırdı ki, haqqın, ədalətin yanındadır, bu mübarizəni sonadək aparmaq imkanlarına malikdir”.
V.Rəhimzadə qeyd edib ki, daim Ermənistana dəstək verən “Amnesty İnternasional”, “Human Rights Watch”, “Freedom House” kimi hüquq müdafiə təşkilatlarının son iki ildə açıqladıqları hesabatlara diqqət yetirdikdə tamamilə başqa bir mənzərə görünür:
“Məsələn, “Freedom House” bir qayda olaraq hesabatlarında Dağlıq Qarabağı Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi göstərirdi. Demokratiya və insan hüquqlarının qorunmasına münasibətdə Ermənistanı “azad”, Azərbaycanı isə “qeyri-azad” ölkələr sırasında qeyd edirdi. Azərbaycan bu təşkilatların hesabatlarında daim mətbuat azadlığı boğulan, insan hüquqları kobud şəkildə pozulan ölkə kimi təqdim olunurdu.
Adları çəkilən beynəlxalq hüquq müdafiə təşkilatlarının 2019-2021-ci illər hesabatlarında, nəhayət, bu reallıq xüsusi qeyd edilir ki, 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin, COVID-19 pandemiyası ilə mübarizə dövrlərində Ermənistanda insan hüquqları qorunmayıb, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində vətəndaşların əsas azadlıqları kobud şəkildə pozulub. Hesabatlarda korrupsiyanın baş alıb getməsi, şəffaflığın olmaması, polis tərəfindən zor tətbiqi və cəzaçəkmə müəssisələrinin vəziyyəti problemli məsələ kimi önə çəkilir. Halbuki, sadalanan bu problemlər Ermənistanda daim yaşanıb. Sadəcə, indi dünya yeni reallıqlar fonunda həqiqətlərə həqiqət gözü ilə baxmaq məcburiyyətindədir”.
Tehsil-press.az