Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tədris Teleradio studiyası (BDU TV) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə layihəsi olan “Mətbuat səngəri” adlı maarifləndirici verilişə start verilib. Veriliş torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 gün davam edən haqq mübarizəmiz, bu mübarizədə medianın üzərinə düşən vəzifələr, informasiya müharibəsi, tələbə-gənclərin mövcud vəziyyətlə bağlı maarifləndirilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması mövzularını əhatə edir. Verilişin növbəti buraxılışı yayımlanıb.
Verilişin qonağı olan Hüquq fakültəsinin dekanı Əmir Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq müstəvisində həlli, Ermənistan tərəfinin ölkəmizə qarşı törətdiyi cinayətlər, beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul olunan sənədləri, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi, Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozması faktı kimi məsələlərə aydınlıq gətirib. Ə.Əliyev Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti sayəsində əldə olunan qələbə və Qarabağda üçrəngli bayrağımızın dalğalanmasının hər birimizə qürur hissi yaşatdığına diqqəti çəkib.
Tehsil-press.az