Abituriyentlər hərbi liseylərə qəbul imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət edə bilərlər

Abituriyentlər hərbi liseylərə qəbul imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət edə bilərlər Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2021-ci il avqustun 4-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Abituriyentlər Apellyasiya Komissiyasına avqustun 10-11-də müraciət edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər