Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ilində 26 ixtisas üzrə qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir.
Sənədlərin qəbulu avqustun 31-dək onlayn formada həyata keçirilir. Universitetdə beynəlxalq ticarət və logistika, iqtisadiyyat, marketinq, menecment, cihaz mühəndisliyi, ekologiya mühəndisliyi, elektrik və elektronika, energetika mühəndisliyi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter, habelə kimya, logistika və nəqliyyat texnologiyaları, maşın, materiallar, mədən, metallurgiya, mexanika, mexatronika və robototexnika sahələri üzrə mühəndis, eləcə də mühəndis fizikası, nəqliyyat, proseslərin avtomatlaşdırılması, radiotexnika və telekommunikasiya, sənaye mühəndisliyi, nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) ixtisasları üzrə qəbul aparılır.
Təkrar ali təhsil almaq istəyənlər tələb olunan sənədləri universitetin saytında müvafiq linkdə qeydiyyatdan keçib yükləyə bilər. Həmçinin rektorun adına ərizə, diplom və əlavəsinin surəti, şəxsiyyət vəsiqəsinin surəti, 3 fotoşəkil ( 3x4 ölçüdə) təqdim edilməlidir.
1993-cü ildən sonra xaricdə ali təhsil almış məzunlar öz diplomlarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin surətini təqdim etməlidir.
Təkrar ali təhsil ödənişli əsaslarla aparılır və təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında ödənilir.
Qeyd edək ki, hər hansı ixtisas üzrə sənədləri təqdim edən vətəndaşların sayı 7 nəfərdən az olduğu təqdirdə həmin ixtisas üzrə qəbul prosesi aparılmır.
Tehsil-press.az