Əfqanıstan prezidenti istefaya razılaşdı

Əfqanıstan prezidenti istefaya razılaşdı Əfqanıstan prezidenti Əşraf Qani istefa verməyə razılaşıb.
Kabildə hərbi əməliyyatların keçirilməsini istəməyən Qani, ölkə başçısı postundan getməyə razı olub.
Qeyd edək ki, “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib. Məlumata görə, hakimiyyətin ötürülməsi bu gün paytaxt Kabildəki prezident sarayında baş tutacaq.

Tehsil-press.az

Oxşar xəbərlər