Əfqanıstan prezidenti Paksitana səfər dəvətindən imtina etdi

Əfqanıstan prezidenti Paksitana səfər dəvətindən imtina etdi Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay Pakistana səfər dəvətindən imtina edib.

O bunu yerli televiziyalardan birinə müsahibəsində bildirib.
“Məzari-Şərif, Amerikanın Kabul Universiteti, Qəndahardakı terrorları törədənləri bizə təhvil verməyənədək mən Pakistana səfər etməyəcəyəm”,- deyə Əfaqnıstan prezidenti vurğulayıb.
İnformasiyaya əsasən, Əşrəf Qəni Kabulda Pakistanın nümayəndə heyəti ilə görüşdə onlardan qonşu ölkə ərazisindəki “Taliban” hərəkatı döyüşçülərinə qarşı konkret tədbirlər görüməyi tələb edib.
Məlumata görə, Pakistan tərəfi Əfqanıstan liderinin bu bəyanatına hələlik rəsmi münasibət bildirməyib. Ancaq bir müddət əvvəl rəsmi İslamabad bu il fevralın 16-da Pakistanın Sind əyalətinin Sehvan şəhərində sufi məscidində törədilən terrorun Əfqanıstan ərazisində hazırlanmasına görə ittiham etmişdi.
Qeyd edək ki, həmin terror aktı nəticəsində 88 nəfər ölmüş, 300-dən çox insan yaralanmışdı. Terrorun məsuliyyətini isə “Cəmaat-ül Əhrar” qruplaşması üzərinə götürmüşdü.

Təhsil-press.az

Oxşar xəbərlər