Baydenin Əfqanıstan üzrə fəaliyyəti ABŞ tarixində ən böyük məğlubiyyətlərdən biri olacaq - Tramp

Baydenin Əfqanıstan üzrə fəaliyyəti ABŞ tarixində ən böyük məğlubiyyətlərdən biri olacaq - Tramp ABŞ prezidenti Cozef Baydenin Əfqanıstan üzrə fəaliyyəti ölkə tarixində ən böyük məğlubiyyətlərdən biri olaraq tarixə düşəcək.
Bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.
D.Tramp bildirib: "Co Baydenin Əfqanıstana etdikləri - əfsanəvidir. Bu, tarixin ən böyük məğlubiyyətlərindən biri olacaq".
Xatırladaq ki, daha əvvəl D.Tramp Əfqanıstandakı vəziyyəti hazırkı ABŞ administrasiyasının "səriştəsizliyinin" nəticəsi kimi dəyərləndirib.

Tehsil-press.az


Oxşar xəbərlər