Litva Azərbaycanda Aİ-nin “Twinning” layihələrinin seçimində bu il artıq üçüncü dəfə qalib gəlib

Litva Azərbaycanda Aİ-nin “Twinning” layihələrinin  seçimində bu il artıq üçüncü dəfə qalib gəlib Fransa, Litva və Latviyadan ibarət konsorsium “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” layihəsinin həyata keçirilməsi üçün Avropa İttifaqının “Twinning” proqramının seçimində qalib gəlib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi bildirib ki, bu, Litvanın Azərbaycanda “Twinning” proqramı üzrə qalib gəldiyi səkkizinci, bu il isə üçüncü layihədir. Bu da iki ölkə arasında əlaqələrin möhkəmləndiyini və Litvanın sosial təsisatlarının və ekspertlərinın etimadın artdığını göstərir.
Litvanı layihədə Elm və Təhsilin Təhlili və Monitorinqi Mərkəzi, Avropa Sosial Fondu Agentliyi ilə birlikdə Təhsil və Elm Nazirliyi təmsil edəcək.
Aİ-nin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Twinning” proqramı müxtəlif ölkələrdə əlaqədar sosial təsisatların əməkdaşlığını dəstəkləyir, zəruri islahatları həyata keçirməkdə onlara kömək edir.
Bu proqramda 2004-cü ildən iştirak edən Litva peşəkar, fəal və etibarlı tərəfdaş nüfuzu qazanıb.2004-cü ildən Aİ-nin 90 “Twinning” layihəsinin seçimində qalib gələn Litva bu müddət ərzində proqramın ən uğurlu tərəfdaşlarından birinə çevrilib.

Təhsil-press.az

Oxşar xəbərlər