Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Yunus Əmrə İnstitutu arasında imzalanmış protokola əsasən yeni tədris ilindən AzTU-da türk dili tədris olunacaq.
Türkiyə universitetləri, o cümlədən Qazi Universiteti ilə imzalanmış ikili diplom haqqında müqavilələrdən irəli gələn fəaliyyət çərçivəsində müvafiq dərslər müxtəlif fakültələrdə tədris ediləcək.
Yunus Əmrə İnstitutu tərəfindən türk dili öyrənəcək tələbələr üçün ilkin olaraq səviyyə müəyyənləşdirmə imtahanı (SBS) təşkil ediləcək. Dərslərin sonunda türk dilinin beynəlxalq etibarlılığa malik olan və xarici tələbə qəbulunu asanlaşdıran türkcə yetərlik imtahanlarının (TYS) keçirilməsi və müvəffəqiyyət qazanan tələbələrə TYS sertifikatının verilməsi də nəzərdə tutulub.
Tehsil-press.az