AZAL “Füzuli” aeroportu ilə bağlı açıqlama yaydı

AZAL “Füzuli” aeroportu ilə bağlı açıqlama yaydı “Füzuli” Beynəlxalq Hava Limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.
20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisi ilə uçuşlar həyata keçirilir.
Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.
Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

Tehsil-press.az


Oxşar xəbərlər