ADPU-da təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu davam edir

ADPU-da təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu davam edir Azərbaycan Dövlət Pedaqoji Universitetdə (ADPU) 2021/2022-ci tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu keçirilir.
Sənəd qəbulu təkrar ali təhsil üzrə ibtidai sinif müəllimliyi (əyani - rus bölməsi), məktəbəqədər təhsil (əyani - rus bölməsi), yenidənhazırlanma təhsili üzrə musiqi müəllimliyi (əyani - Azərbaycan bölməsi), təsviri incəsənət müəllimliyi (əyani - Azərbaycan bölməsi) ixtisaslar üzrə aparılır.
Sənədlərin qəbulu avqustun 26-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər