“Uşaqlar olmasaydı, evdən qaçardım” - Safura

“Uşaqlar olmasaydı, evdən qaçardım” - Safura Müğənni Safura Əlizadə səkkiz illik fasilədən sonra ilk dəfə efirə çıxıb.
Sənətçi “Özəl” proqramına qonaq olaraq davam edəcək musiqi fəaliyyətindən, şəxsi həyatından söz açıb. Safura bildirib ki, övladlarına görə evə bağlı biri olub:
“Uşaqlarla darıxmıram, hətta onların sayəsində evdə oturmağı sevirəm. Onlar olmasaydı, bəlkə də evdən qaçardım. Evdə istilik yaradırlar. 3 övladım var, evdə onlarla heç darıxmaq olmur. Hərəsi bir şey edir, evdə nəsə baş verir. İsgəndər sakit, Ayşə ciddi uşaqdır. Düşünürəm ki, 3-cü uşaq Natiqdə analıq hissi daha yüksək oldu. Uşaqlarım mənim ən böyük fanatlarımdır”.



Tehsil-press.az



Oxşar xəbərlər