Almaniya pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejimini uzadır

Almaniya pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejimini uzadır Dövlət əhəmiyyətli fövqəladə epidemiya vəziyyəti uzadılır.
Bu gün Almaniyanın aparıcı qəzetləri bu başlıqla çıxıb və beləliklə, Bundestaqın son qərarı barədə cəmiyyətə məlumat verib.
Ötən gün ölkənin qanunvericilik orqanında səsvermə keçirilib. Səsvermə zamanı fövqəladə rejimin uzadılması lehinə 325 deputat, əleyhinə 253 deputat səs verib, daha beş nəfər bitərəf qalıb.
Fövqəladə vəziyyət rejimi noyabrın sonuna qədər davam edəcək. Parlament ölkədə fövqəladə epidemiya vəziyyətinin qüvvədəolma müddətini uzatmasa, o, avtomatik olaraq sona çatacaq.
Federal qanuna əsasən, fövqəladə vəziyyət "Almaniya Federativ Respublikasının bütün ərazisində əhalinin sağlamlığı üçün ciddi risk mövcud olduğu təqdirdə" tətbiq edilir.

Tehsil-press.az

Oxşar xəbərlər