İspaniya da fövqəladə vəziyyət rejimini uzatdı

İspaniya da fövqəladə vəziyyət rejimini uzatdı İspaniya Konqresi hökumətin koronavirus pandemiyası səbəbindən fövqəladə vəziyyət rejimini mayın 10-dək uzatmaq təklifini qəbul edib.
Boş zalda keçirilən iclasda deputatlar distant səs veriblər. Təklif 300 parlemantari tərəfindən dəstəklənib.
Qeyd edək ki, İspaniyada martın 14-dən fövqəladə vəziyyət rejimi tətbiq edilir. Parlament artıq üçüncü dəfədir ki, rejimin uzadılması qərarını qəbul edir.

Tehsil-press.az

Oxşar xəbərlər