SAT imtahanında 93 nəfər iştirak edib

SAT imtahanında 93 nəfər iştirak edib Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında SAT imtahanı təşkil olunub.
Müvafiq sanitar-gigiyenik qaydalar nəzərə alınmaqla təşkil edilən imtahanda 93 nəfər iştirak edib. Onların 4-ü əcnəbi olub.
İmtahan verənlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçılar bir-birindən lazımi uzaq məsafədə əyləşdirilib.
Növbəti SAT imtahanlarının oktyabrın 2-də keçirilməsi nəzərdə tutulur.
SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar.

Tehsil-press.az



Oxşar xəbərlər