TKT imtahanına hazırlaşanlar üçün kurs təşkil olunacaq

TKT imtahanına hazırlaşanlar üçün kurs təşkil olunacaq Azərbaycan Dillər Universiteti (ADU) TKT imtahanına hazırlıq kurslarına qeydiyyat elan edib. Təlimçi ADU-nun müəllimi və “British Council” təşkilatının təlimçisi Zarema İbrahimova olacaq.
Təlimlər 3 modul olmaqla hər biri 10 dərsdən ibarətdir. Dərslər ənənəvi şəkildə həftədə 2 və ya 3 dəfə keçiriləcək.
Daha ətraflı məlumatla ADU-nun saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi “Cambridge Assessment English” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olaraq oktyabrın 9-da ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiya - TKT (Teaching Knowledge Test) imtahanları təşkil edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər