“Uşaq hüquqları” hakatonuna qeydiyyat davam edir

“Uşaq hüquqları” hakatonuna qeydiyyat davam edir Noyabrın 20-21-də Təhsil, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Uşaq hüquqları” hakatonuna qeydiyyat aparılır.
Uşaq hüquqları haqqında məlumatlı, innovativ düşüncəli, təşəbbüskar, komandada işləməyi bacaran, motivasiyalı 10-16 yaşlı uşaqlar - məktəblilər hakatonda iştirak üçün sentyabrın 15-dək qeydiyyatdan keçə bilərlər.
Hakatonun məqsədi uşaq hüquqları ilə bağlı maarifləndirmə aparmaq, bu sahədə mövcud problemlərin innovativ yollarla həllini təşviq etməkdir. Eyni zamanda, hakaton iştirakçılarına komandada işləyərək son texnologiyalar və yenilikləri sınaqdan keçirmək imkanı yaratmaqdır.
İştirakçılar 24 saat ərzində bu sahədə mövcud problemlərin həllinə yönəlmiş innovativ yolları tapmağa çalışacaqlar. Hər biri 4 nəfərdən ibarət olacaq komandalar verilən müddət ərzində mentorların dəstəyi ilə ideyalarını layihə şəklində formalaşdıracaq. Hakaton təhsil, sağlamlıq, zorakılıqdan müdafiə, ailədə yaşamaq və tərbiyə almaq hüquqları mövzularını əhatə edəcək.
Hakatonda I yerin qalibinə kompüter, II yerin qalibinə planşet, III yerin qalibinə isə “ağıllı” saat təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər