Kolleclərə qəbul üçün ixtisas seçimi edən abituriyentlərin sayı 15 mini keçib

Kolleclərə qəbul üçün ixtisas seçimi edən abituriyentlərin sayı 15 mini keçib Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün avqustun 27-dən başlanan ixtisas seçimi davam edir.
İxtisas seçimi sentyabrın 7-dək internet vasitəsilə həyata keçirilir. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizetex/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Bu gün saat 14:50-dək ixtisas seçimi etmiş abituriyentlərin sayı 15596 (Azərbaycan bölməsi-15273; rus bölməsi-323) olub.
Xatırladaq ki, ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılır. Xoreoqrafiya sənəti (sahələr üzrə) və rəqs müəllimliyi ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər