Azərbaycan Dövlət Dəniz Akademiyasının boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Azərbaycan Dövlət Dəniz Akademiyasının boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyinin Dövlət İmtahan Mərkəzinə müraciətinə əsasən, akademiyanın I ixtisas qrupu üzrə 139125 (injener po morskoy naviqatsii) və 139166 (injener po ekspluatatsii sudovıx enerqetiçeskix ustanovok) kodlu ixtisaslarının müsabiqəsində iştirak edə biləcək rus bölməsi üzrə abituriyent olmadığı üçün həmin ixtisasları Azərbaycan bölməsi üzrə imtahan vermiş (I qrup) abituriyentlərin (ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) seçə bilməsinə icazə verilib.
Qeyd olunan ixtisaslar üzrə tədris Azərbaycan dilində aparılacaq.
Xatırladaq ki, boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 10-u saat 23:59-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər