ADU-nun Konfutsi İnstitutu “Yay məktəbi: Çin mətbəxinin inciləri” mövzusunda seminar təşkil edib

ADU-nun Konfutsi İnstitutu “Yay məktəbi: Çin mətbəxinin inciləri” mövzusunda seminar təşkil edib Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu “Yay məktəbi: Çin mətbəxinin inciləri” adlı onlayn seminar keçirib.
Seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin mətbəx fəlsəfəsindən danışıb. Konfutsi İnstitutunun ötən illərdə bu sahədə gördüyü işlərdən söz açan R.Abbasov Milli Kulinariya Mərkəzi ilə əməkdaşlıqdan da bəhs edib. Diqqətə çatdırıb ki, əsas məqsəd iki ölkə arasında kulinariya sənəti sahəsində əməkdaşlığın genişləndirilməsi, ixtisaslı aşpaz və kulinarların hazırlanması istiqamətində əlaqələrin gücləndirilməsidir.
Seminarda ADU-nun çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova Çinin məşhur yeməklərinin hazırlanma texnikası və tarixi haqqında tələbələrə ətraflı məlumat verib. Çin yeməklərinin fərqli əlamətlərindən danışan Ş.Məmmədova hələ qədim Çjou dövründə çinlilərin soya sousu, sirkə, şərab və müxtəlif növ ədviyyatlar hazırlamaq bacarıqlarını, müasir dövrdə də bu ərzaqlardan yeməklərdə istifadə olunduğunu qeyd edib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər